Bakı Rihannaya uşaqlığını xatırlatdı

Məşhur müğənni Rihanna Bakıya gəlməzdən əvvəl öz "facebook" səhifəsində uşaqlıq illərini xatırlayıb və paylaşdığı körpəlik şəkli ilə izləyənlərinin marağına səbəb olub.

"Rihanna - Robin Fenty 1988-ci ildə fevral ayının 20-də Saint Michael, Barbados əyalətində anadan olub", - müğənni yazıb.

Qeyd edək ki, Rihanna dünən axşam saatlarında Bakıya xüsusi reyslə gəlib. O, bu gün "Baku Crystal Hall"da ilk məşqini keçirəcək və sabah adıçəkilən məkanda solo-konsert proqramıyla çıxış edəcək.

Fuad Mədətov
AzNews.az