Müğənnimiz gizlicə "evləndi" – FOTOSESSİYA

Dünən müğənni Azad Şabanov yeni klipini və musiqi albomunun təqdimat mərasimini keçirib. AzNews.az-ın məlumatına görə, "Jazz Centre"də təşkil olunan mərasimdə A.Şabanovun valideynləri, dostları, media nümayəndələri və tanınmış simalar da iştirak ediblər.

Tədbirin aparıcısı Nurlana Cəfərova səbəbkarın yaradıcı məhsulları haqqında məlumat verib. O, bildirib ki, "Azad" adlı albom "STS Production" tərəfindən hazırlanıb və alboma 10 mahnı daxil olunub. Onlardan 5-i görkəmli bəsəkarımız Tofiq Quliyev, Vasif Adıgözəlov, Polad Bülbüloğlu və həmçinin İsmayil Əsədov, İsa Məlikov, Esmiralda Hüseynova, Qivi Usenaşvili və Tural Yusubovun mahnılarıdır.

Daha sonra aparıcı Azad Şabanovu, model Maya Cəfərovanı və klipin rejissoru Tonini səhnəyə dəvət edib və klipi tamaşaçılarla birlikdə böyük monitorda izləyiblər. Sözləri və musiqisi İsmayil Əsədova məxsus "Tək məni səslə" mahnısına çəkilən klipdə Azadın tərəf müqabili model Maya Cəfərova olub. Klipin süjet xəttində cütlük öz aralarında sevgi hekayəsini yaşayırlar və nəticədə ailə qururlar.

Məlumat üçün bildirək ki, klipin rejissoru Toni əslində rep ifaçısıdır və klip onun ilk ekran işidir. Toni klipi Azada həddiyyə edib. Klipin operatoru Nicat Cəfərov, montaj işi isə Yusif Cəfərova məxsusdur. Tədbir zamanı Azad gözlənilməz açıqlamasıyla diqqət çəkib. Belə ki, müğənni əsgərliyə yollanacaq və bir il səhnədən uzaq düşəcək: "Gedirəm, bir il yeni ifalarımı heç kim eşitməyəcək. Amma mən gələcəm və yeniliklərimlə tamaşaçılarımı sevindirəcəm". Sonda Azad canlı ifasıyla repertuarında yer alan mahnıları səsləndirib.

Tədbirə qatılanlar arasında müğənnilər Samira Allahverdi, Gunay İbrahimli, Elçin Cəfərov, Emin Bədəlov, Aygün Rəhimova, reper Cin, teleaparıcı Afaq Gəncəvi, prodüsser Təranə Səmədova və başqaları var idi.

Fuad Mədətov
FOTO: Mahir Hüseynbəyli
AzNews.az
image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description