Könül Kərimovadan Xatuna cavab - Parodiya qalmaqalı

Müğənni Könül Kərimova həmkarı Xatun Əliyevanın televiziya verilişində onu parodiya etməsinə münasibət bildirib.


AzNews.az-a açıqlama verən müğənni parodiyaya pis baxmadığını deyib: "Amma baxır bu parodiyanı kim edir?. Hamı bilir ki, "Bu şəhərdə" də məni parodiya edib. Onların aktyor kimi sənəti budur, heç kim heç nə deyə bilməz. Amma müğənni tamam başqadır. Sizcə, müğənninin müğənnini parodiya etməsinə necə baxmalıyam?".

Muğam ifaçısı Elnarə Abdullayeva isə vurğulayıb ki, onun efirlərdə parodiya edilməsinə pis baxmır: "Burda nə var ki? Edibsə, yaxşı qarşılanmalıdır. Ancaq düzünə qalsa, bunu ondan özüm xahiş etmişdim".

Xatırladaq ki, müğənni Xatun Əliyeva "Səs verməyin!" verilişində müğənnilərdən - xalq artisti İlhamə Quliyeva, Tünzalə, Könül Kərimova, Elnarə Abdullayeva, Xumar Qədimova və Eyyub Yaqubovu parodiya edib.

Lalə
AzNews.az