Müğənni Elnurun vəziyyəti pisdir?– FOTOSESSİYA

Bu günlərdə Naxçıvandan qayıdan müğənni Elnur Məmmədov təəssüratlarını AzNews.az-la bölüşüb. O bildirib ki, Naxçıvana "Xalq konserti" adlı konsert proqramında çıxış etmək məqsədiylə gedib:

"Naxçıvandan başqa, Azərbaycanın hər guşəsində olmuşdum. Naxçıvanın gəzməli-görməli yerlərində oldum. "Əshabi-kəf"i ziyarət etdim, Duzdağ Fizioterapiya Mərkəzinə getdim və başqa yerləri gəzdim. Naxçıvan cənnət məkandır".

Müğənni onu da qeyd edib ki, Duzdağ Fizioterapiya Mərkəzinə gedən zaman hamı onun sağlamlığında problemlərin olduğunu düşünüblər. O, özünü yaxşı hiss etdiyini və sağlamlığımda heç bir problem olmadığını söyləyib.

Fuad Mədətov
AzNews.az
image description image description image description image description image description image description image description