Emin “ТОP-20 Billboard Hot Singles Chart”da – VİDEO

Müğənni və bəstəkar Emin Ağalarovun "After The Thunder" yeni beynəlxalq albomuna daxil olan "Baby Get Higher" debüt sinqlı Amerika çartlarında 19-cu pillədə yer tutub. AzNews.az müğənninin rəsmi saytına istinadən xəbər verir ki, "ТОP-20 Billboard Hot Singles Chart"a daxil olan sinql dinləyicilərin marağına səbəb olub.

Qeyd edək ki, Eminin ABŞ-a növbəti səfəri noyabr ayında baş verəcək. Sənətçi, orada özünün "After The Thunder" beynəlxalq albomunu təqdim edəcək.



Fuad Mədətov
AzNews.az