Türk pianoçu məhkəmə qarşısında

Türkiyəli pianoçu və bəstəkar Fazil Say məhkəməyə verilib. AzNews.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, tanınmış pianoçu dindarları təhqir etməkdə, dini qarşıdurma və ədavət yaratmaqda ittiham edilir.

Berlində, Tokioda, Nyu-Yorkda konsertlər verən Say, çıxışlarında tez-tez bu fikirlərə yer verirmiş: "Bilmirəm siz fikir vermisiniz, ya yox, son zamanlar avaralar, giclər və oğrular hamısı dindar olub".

Bununla belə Türkiyədə Sayla bağlı fikir birmənalı deyil. O, məhkəmə qarşısına çıxarıldıqdan sonra yüzlərlə tərəfdarı onun müdafiəsinə qalxıb. Onlar əllərində plakat "Sən tək deyilsən Say" deyə şüarlar səsləndiriblər.

Sadiq Musa
AzNews.az