- Köhnə - Şou-biznes
- 19 Oktyabr 2012 06:13
- 4 546
Röyanın prodüseri: "İsmayıl heç özü də bilmir ki, nə istəyir" FOTOSESSİYA
AzNews.az-ın məlumatına görə, 12 ildir Türkiyədə yaşayan və orada aktyor kimi fəaliyyət göstərən Murad Fətullah Röyanın qardaşı İsmayılı seriala çəkmək üçün dəvət edib. M.Fətullah "Küçük Kiyamət" adlı serialda İsmayılla birlikdə rol alıblar.
Röya Ayxanın prodüseri Kənan Bayramov İ.Nəcəfovun şou-biznesə maraq göstərməsiylə bağlı AzNews.az-a bunları deyib:
"İsmayıl elə yaşdadır ki, heç özü də bilmir ki, nə istəyir. Bir həftə futbolçu, bir həftə model olur. Onun şou-biznesə aidiyyəti yoxdur. Model kimi təqdim olunmuşdu və buna çox sevinmişdi. İsmayıldan maksimum model ola bilər. Belə də ki, uşaqdır. Ola bilər gələcəkdə fikrini dəyişsin".
Fuad Mədətov
AzNews.az