Azərbaycanın məşhur prodüseri Kamal Cenk İçtən və model aktrisa Minarə Allahverdiyeva boşanıb. Azərbaycanın məşhur prodüseri Kamal Cenk İçtən və model aktrisa Minarə Allahverdiyeva boşanıb.

Azərbaycanlı məşhurlar boşandı - FOTO

Azərbaycanın məşhur prodüseri Kamal Cenk İçtən və model aktrisa Minarə Allahverdiyeva boşanıb.


AzNews.az-ın Anspress-ə istinadən məlumatına görə, hazırda Türkiyədə olan Cenk bəy bu barədə sosial şəbəkədə bəyan edib:

"Bu gündən etibarən həyatımda yeni səhifə açıram. Xahiş edirəm ki, heç kim şəxsi həyatımla bağlı sual verməsin. 18 ayı bərabər keçirdiyim qızım Məryəm Nur İçtənin anası ilə yollarımızı ayırdıq. Bərabər olduğumuz hər an üçün ona təşəkkür edirəm. Allah yeni həyatında ona hüzur, xoşbəxtlik, can sağlığı versin. Allaha əmanət olsun".

Kamal Cenk İçtən və Minarə Allahverdiyeva 1 fevral 2014-cü ildə ailə qurmuşdu. İlyarım birlikdə olan cütlüyün Məryəm adlı qızları dünyaya gəlib.

Cenkin də, Minarənin də ikinci evliliyidir və hər ikisinin ilk nikahdan bir övladları var.


Məryəm - Cenk və Minarənin qızı


Kamal Cenk İçtən və model ilə aktrisa Minarə Allahverdiyeva