Nazəninin əri: “Təranə mənim məşuqəm olub“

“Müğənni Təranə Qumral mənim məşuqəm olub”.


AzNews.az xəbər verir ki, bu sözləri Lent.az-a müğənni Nazəninin həyat yoldaşı Məhəbbət Həsənov deyib. O bildirib ki, T.Qumral tərəfindən şərəf və ləyaqəti alçaldıldığına görə məhkəməyə müraciət edib: "Bir müddət öncə məhkəmənin qərarına əsasən, Təranənin mənə intim mesajları təsdiqini tapdı. Məhkəmənin qərarından sonra isə Təranə mənim şəklimi sosial şəbəkədə paylaşaraq, barəmdə xoş olmayan şərhlər yazdı. Amma yazılan şərhlər cavabsız qalmayacaq. Artıq bununla bağlı məhkəməyə müraciət etmişəm. Vəkilim Adəm Məmmədov da bu işə nəzarət edir. Bu günə qədər susurdum, amma indi susmayacam. Bəli, mənim Təranə Qumralla intim münasibətim olub. Onun mənim telefonuma göndərdiyi intim sms-ləri də saxlamışam. Həmin intim sms-lər də məhkəmədə sübut olundu. Demək istəyirəm ki, Nazəninin arxasında mənim kimi həyat yoldaşı var. Hər zaman da arxasında olacağam. Təranə deyirdi ki, Nazəninin Musada gözü var. İndi mən Təranəyə sual verirəm: Təranə Qumral mənim məşuqəm sayılır, yoxsa yox? Musa Musayev hələ də bu proseslərə göz yumur. Çünki baş verənlərdən xəbərsizdir".

Qeyd edək ki, bir müddət öncə məhkəmə qərarına əsasən T.Qumralın Nazənin həyat yoldaşına intim smslər yazdığını təsdiq olunmuşdu. Qərardan sonra isə T.Qumral Nazənin həyat yoldaşının şəklini sosial şəbəkədə paylaşaraq, bu sözləri yazmışdı: ""Azərbaycan kişisi"" dedikdə gözümün önündə cəngavər, qürurlu, mərd oğullarımız canlanır. Amma mənim şəklini paylaşdığım bu şəxs, Azərbaycan lotosunda (Azərlotoreya nəzərdə tutulur - red.) işləyən adam həmin kişilərdən deyil. Kişilikdə payı olmadığından orda-burda ağzını əyri qoyub, özü kimi arvadlarla dalımca danışmaqla məşğuldur. Ay gədə, haram pul yeməkdənsə, xəstəsən, get özünü müalicə et. Bunun adı Məhəbbətdir, soyadı Həsənovdur. Evdə erməni qucağında böyüyüb. Bunu da erməni kimi böyüdüblər. Ona görə bilmir ki, Azərbaycan xanımı toxunulmazdır. Mənim bir qardaşım olub. O da Azərbaycan uğrunda şəhid olub. O bilməzdi ki, sənin kimi gədələr bu gün bir az pul qazanıb, özünü kişi kimi aparmaq istəyəcəklər. Onun-bunun bacısını, arvadını şantaj edəcəklər. Bilirəm, bu yazını oxuyan kimi məhkəmə haqda düşünəcəksən. Düşün. Orda da gəlib sənə sözümü deyəcəyəm, şərəfsiz".