Müğənni sevgilisiylə Bakıda – FOTOSESSİYA

Xəbər verdiyimiz kimi, Türkiyənin tanınmış müğənnisi və bəstəkarı Ümid Sayın bir neçə gündür Bakıdadır. AzNews.az-ın məlumatına görə, gənc müğənni Zarina Məmmədova ilə birgə ifa edib çəkildiyi "Kader utansın" klipinin təqdimat mərasiminə gələn Ümit bəy böyük şəhərimizi gəzib-dolaşıb.

İçəri Şəhəri görməyə tələsən müğənni Bakıya tək gəlməyib. O, paytaxtımıza uzun illərdir vətəndaş nigahı ilə yaşadığı Eda xanımla birgə təşrif buyurub. Paytaxt küçələrini birgə gəzib-dolaşan cütlük şəhərimizə heyranlıqlarını da gizlətməyiblər.

Milli mətbəximizdən ən çox aşı bəyənən Ümid Sayın qonağımız olduğu üçün şaddır: "Bizi qonaq edən Zarina xanım günümüzün maraqlı keçməsi üçün əlindən gələni edir. Bizi bu cür isti qarşıladığı üçün ona sonsuz dərəcədə minnətdaram. Bakı çox gözəl şəhərdir".

İlk dəfədir Azərbaycana gələn müğənni özünü çox rahat hiss edir: "Elə bilirəm ki, heç Türkiyədən çıxmamışam. Burada özümü evimdəki kimi hiss edirəm. Küçələriniz İstanbulu xatırladır. Bu şəhər mənə çox doğma təəssürat bağışladı. Hər kəs çox qonaqpərvərdir".

Qeyd edək ki, Ümit Sayın sabah səhər saatlarında Bakını tərk edəcək.

Fuad Mədətov
AzNews.az
image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description