Özbəkistanın Xalq artisti Kəmaləddin Heydərovun mahnısını oxudu- Fotolar

Özbəkistanın xalq artisti Nəsibə Abdullayeva Bakıda iki günlük səfərdə olub.
AzNews.az xəbər verir ki, səfər Azad Azərbaycan telekanalının "Yenə o bağ olaydı" verlişi və Əməkdar artist Aygün Bəylərin dəvəti ilə baş tutub.

Verilişdə Nəsibə Abdullayeva və Aygün Bəylərlə yanaşı onunla ailəvi dostluq münasibəti olan Əməkdar incəsənət xadimi Baba Vəziroğlu da qonaq olub. Müğənni həmin gün Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun və Baba Vəziroğlunun müəllif mahnılarına yer verib.

Sonda Aygün Bəylər Nəsibə Abdullayeva ilə birlikdə hər iksinin repertuarında olan "Nigaranam" mahnısını səsləndiriblər.

Qeyd edək ki, həmin gün N.Abdullayeva Baba Vəziroğlunun də evində qonaq olub.




AzNews.az