Məşhur bolqar müğənni Azis yenidən Bakıda konsert verəcək. Məşhur bolqar müğənni Azis yenidən Bakıda konsert verəcək.

Azis yenə Bakıya gəlir

Məşhur bolqar müğənni Azis yenidən Bakıda konsert verəcək.



Bu barədə AzNews.az-a konsertin təşkilatçısı Samir Xəttab məlumat verib. O, bildirib ki, konsert dekabrın 19-da baş tutacaq. Azis Elektra Events Hallda çıxış edəcək: "Bu konsert daha möhtəşəm, daha qeyri-standart keçəcək. Gözləmədiyiniz sürprizlər olacaq. Sizi konsertin başından sonuna kimi möhtəşəm şou gözləyir."

Konsertin biletlərinin qiymətləri məlum olub. Belə ki, dekabr ayının 19-da baş tutacaq konsertin qiyməti 20-150 AZN-dir.

Xatırladaq ki, Azisin ilk Bakı konserti bu ilin iyul ayında baş tutub. Anşlaqla keçən konsert birmənalı qarşılanmayaraq, uzun müddət medianın gündəmindən düşməyib.