Türkiyənin məşhur müğənnisi Göyçaya gəlir

Noyabrın 3-də Göyçay rayonunda "Nar bayramı" keçiriləcək. AzNews.az-ın məlumatına görə, Nar bayramında Göyçay rayonun ayrı-ayrı kəndlərində yetişən nar növləri və onlardan hazırlanmış məhsullar rayon mərkəzinə gətirilir və şəhər meydanında təşkil olunmuş sərgidə nümayiş etdiriləcək.

Göyçay İcra Hakimiyyəti tərəfindən təşkil olunacaq builki "Nar bayramı"nda xüsusi qonaq da olacaq. Belə ki, Türkiyənin tanınmış müğənnisi Doğuş Göyçaya gələcək. Həmçinin yerli media nümayəndələriyla yanaşı, Türkiyənin aparıcı media nümayəndələri də "Nar Bayramı"na qatılacaqlar.

Qeyd ki, "Nar Bayramı" 2006-cı ildən etibarən keçirilir.

Fuad Mədətov
AzNews.az