Azəri Günel: “Kimsə öz-özünə hekayə qurur“

Azəri Günel Azərbaycan mətbuatında haqqında yazılan bəzi xəbərlərin yalnış olduğunu söyləyib. Müğənni AzNews.az-a açıqlamasında bildirib ki, nişanlısı İnanc Başəyməzlə çox xoşbəxtdirlər: "Haqqımda yazılan yalan-yalnış məlumatlar məni maraqlandırmır.

Kimsə ağzına gələn sözü danışır, kimsə öz-özünə hekayə qurur, ssenari hazırlayır və onu da oynayır. Bütün bunlara əhəmiyyət vermirəm. Şəxsi həyatım heç kimi maraqlandırmır. Mən xoşbəxtəm! Hər şey qaydasındadır. Bunun da başqa bir açıqlaması yoxdur. Türkiyədə kifayət qədər işlərim var ki, hazırda başım onlara qarışıb. 16 ildir Türkiyədə yaşayıram.

Bunun yanlış fikirlər yayan şəxslərə aidiyyəti yoxdur. Bakıya da gəlirəm. Çünki orada qardaşım, bacım, anam yaşayır. Mən isə atamla Türkiyədə qalıram. Bakıya doğmalarımı, yaxınlarmı görmək üçün gəlirəm".

Müğənni yaradıcılıq işlərindən də danışıb. O, fasiləsiz çalışdığını və işlərinin qaydasında olduğunu deyib: "Albomum işıq üzü görəcəkdi, amma bunu saxlamışam. Səbəb isə başqa bir layihə üzərində və yeni serial ilə bağlıdır. Yaxın günlərdə bununla bağlı açıqlama verəcəm. Konsert proqramlarım da var. Noyabr ayında Bakıya gələcəyəm. Orada toylara dəvət almışam. Daha sonra Moskvaya gedəcəyəm".

Fuad Mədətov
AzNews.az