Cem Yılmazdan İradə İbrahimovaya sürpriz - Foto

Müğənni İradə İbrahimovanın musiqisi Vaqif Gərayzadəyə məxsus “Neyləyək alınmadı” mahnısı Türkiyənin məşhur komediya ustası Cem Yılmazın bu günlərdə nümayişə çıxarılan “Ali Baba və 7 Cücələr” filmində səslənib.


AzNews.az xəbər verir ki, bu barədə müğənni filmin nümayişindən sonra xəbər tutub: "Film noyabrın 13-də nümayişə çıxarıldı. Bu barədə bizə filmi izləyən və ailəmizə yaxın insanlar məlumat verdi. Filmdə Cem Yılmaz özü mahnını zümzümə edib. İnternetdə filmdən hələki fraqment olduğu üçün həmin hissəni izləyə bilməmişəm".

Xatırladaq ki, ötən il İradə İbrahimova Cem Yılmaz, aktyor Ozan Güven və Özkan Uğurla birgə çəkilən şəklini sosial şəbəkədə paylaşmışdı.

Müğənni qeyd etmişdi ki, hər üç sənətçi onu görən kimi "Neyləyək, alınmadı" mahnısını oxumağa başlayıb.

Qeyd edək ki, Cem Yılmaz "Ali Baba və 7 Cücələr"in həm ssenari müəllifi, həm rejissorudur. Komediya aktyoru filmdə baş rolu oynayıb.