Krikorov Bakı konsertinin təxirindən danışdı

Rusiyanın xalq artisti Filip Krikorov Bakı konsertinin təxirə salınmasından danışıb. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, rusiyalı xalq artisti dolayısı ilə konsertin alınmamsında Azərbaycan tərəfini ittiham edib.

O, bildirib ki, yaradıcı insanların milliyyəti olmur və onlar bütün bəşəriyyətə məxsusdurlar. "Bu musiqiçilərlə bağlı da eynidir. Dünyada 7 not var və bu şərqdə də belədir, qərbdə də. Böyük insanların milliyyəti yox onların yaradıcılığı vacibdir". Krikorov Azərbaycanla bağlı fikirlərinə bir az yumşaqlıqda əlavə edib.

O, bildirib ki, Azərbaycan dünyanın bir parçasıdır və onlar arasında da mənim çoxlu dostlarım var. "Azərbaycan eurovision-da qalib gələndə mən çox sevindim. Xalq artisti Aygün Kazımova ilə Kreml sarayında konsert verdim. Bakı konsertinə də xüsusi hazırlaşmışdım. Maqomayevin repertuarından mahnılar belə seçmişdim. Çox təəssüf alınmadı".

Qeyd edək ki, Krikorovun konserti noyabrın 8-də Bakı Kristal zalında təşkil olunmalı idi. Krikorovun erməni əsilli olması konsertin haqlı olaraq təxirə salınmasına səbəb oldu.

Sadiq Musa
AzNews.az