- Köhnə - Şou-biznes
- 31 Oktyabr 2012 14:33
- 6 519
Qara Dərviş: “İncəbellim” – AUDİO
"Ümumiyyətlə, uşaqlıqdan bu mahnını çox sevirəm. "İncəbellim", "alyazmalım", "serviboylum", "qarasaçlım, "darağızlım" kimi kəlmələr xəyali olaraq məni həmişə Oğuz elinə aparıb. Həmişə Azərbaycan qadınının simasına, belə nazlamalara özənmişəm. İstədim bu cur tarixi gözəlliyimizi rok dinləyiciləri də eşitsin.
Çünki rok dinləyən gənclərin əksəriyyəti bəlli səbəblərə görə, folklorumuzdan kasıb qalıblar. Mən də rok ifaçısı və Oğuz elinin övladı kimi bunu özümə borc bildim ki, dinləyicilər bu cür gözəl kəlmələri eşitsinlər. Unutmasınlar ki, bu tariximizdir, keçmişimizdir. Mahnı nə qədər uğurla nəticələnib, buna dinləyici qərar verə verə bilər", - Qara Dərviş deyib.
Qeyd edək ki, "İncəbellim" adlı mahnının aranjiman müəllifi Qara Dərvişlə yanaşı, müğənni Rəmal Rəsuldur.
Fuad Mədətov
AzNews.az