Murad Arif klip çəkdirdi - Rəssamın həyat yoldaşının sifarişi ilə yazılan mahnıya

Murad Arif rəssam Toğrul Nərimanbəyovun həyat yoldaşı Sevil Nərimanbəyovanın sifarişi ilə yazdığı "Sevgililər" adlı mahnısına klip çəkdirib.


AzNews.az xəbər verir ki, klip İsveçin paytaxtı Stokholm şəhərində çəkilib.

Klipin rejissoru əslən azərbaycanlı olan İsveç rejissoru Tərlan Muxtarovdur.

İfaçı isə klip və mahnı barəsində bu sözləri deyib: "Bu mənim ən təsirli mahnım və ən təsirli klipimdir. Dəfələrlə bu mahnını oxuyarkən kövrəlmişəm. Bu səbəbdən mahnını efirlərdə demək olar ki, oxumuram. Həm də efirlərimizdə belə dərin mahnılara demək olar ki, yer yoxdur. Ona görə də mahnını kliplə sevdirmək qərarına gəldim. Rejissor Tərlan Muxtarov sayəsində tamamilə istədiyim bir görüntü ala bildik".

Həmin mahnını və klipi təqdim edirik: