Bu gün mətbuatda müğənnilərin toylardan aldıqları fantastik məbləğdə qonorarların siyahısı dərc olunub. Bu gün mətbuatda müğənnilərin toylardan aldıqları fantastik məbləğdə qonorarların siyahısı dərc olunub.

Toya 13 minə getdiyi deyilən Abbas: “O məbləğdən artıq qonorar almıram”

Bu gün mətbuatda müğənnilərin toylardan aldıqları fantastik məbləğdə qonorarların siyahısı dərc olunub.


Siyahıya liderliyi Abbas Bağırov edir. Məlumata görə, o, bir toydan 13 min manat məbləğində qonorar alır.

Məsələ ilə bağlı AzNews.az-a danışan Əməkdar artist, Azərbaycan Dövlət Televiziyasının solisti Abbas Bağırov siyahıda qiymətlərin şişirdildiyini deyib: "Mən mətbuata, ya da hasısa quruma belə bir açıqlama verməmişəm. Adımdan yalan yazıblar. Bütün həmkarlarım mənim toy qiymətimi bilir. Mən bir toydan 5 min manatdan çox qonorar almıram".

A.Bağırov qeyd edib ki, o, ümumiyyətlə, toylara az-az gedən sənətkarlardandır.

Bahar RÜSTƏMLİ
AzNews.az