Türkiyənin məşhur müğənnisi Bülənt Ərsoyun həkimi onun donuz qripinə yoluxduğunu rəsmən təsdiqlənib. Türkiyənin məşhur müğənnisi Bülənt Ərsoyun həkimi onun donuz qripinə yoluxduğunu rəsmən təsdiqlənib.

Bülənt Ərsoyda “donuz qripi”nin olması rəsmən təsdiqləndi – Anası da yoluxub

Türkiyənin məşhur müğənnisi Bülənt Ərsoyun həkimi onun donuz qripinə yoluxduğunu rəsmən təsdiqlənib.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Gaziosmanpaşa Avropa Özel Şafak Xəstəxanasının baş həkimi Bülent Şahin sənətçinin donuz qripinə yoluxması səbəbindən xəstəxanada müalicə aldığını bildirib: "Dərhal müayinəyə başladıq. Hazırda həkim nəzarəti altındadır. Analizlərin nəticələrinə əsasən, Bülənt Ərsoy "donuz qripi"nə yoluxub. Əvvəl vəziyyəti ağır idi, amma müdaxilələrdən sonra həyati təhlükəsi yoxdur".

Həkim Özəl Şafak müğənninin anası və sürücüsünün də donuz qripi xəstəliyi8nə yoluxduğunu açıqlayıb: "Bülənt Ərsoya yaxın olan hər iki şəxs eyni şikayətlə xəstəxanamıza yerləşdirilib. Bu xəstəliyə yoluxan müğənninin anasının vəziyyəti daha ağırdır. Sürücüsünün vəziyyəti isə nisbətən yaxşıdır".

Qeyd edək ki, müğənni bir neçə gün öncə 40 dərəcə yüksək qızdırma səbəbi ilə xəstəxanaya yatırılıb.

Sevinc YASİNQIZI