- Köhnə - Şou-biznes
- 18 Yanvar 2016 15:23
- 2 965
Cem Yılmaz həbs edilə bilər – 2 illik

Türkiyənin məşhur komediya ustalarından olan Cem Yılmaz 2 il müddətinə həbs edilə bilər.
AzNews.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb. Məlumata görə, Cem Yılmaza 2 il həbs istənilməsinə səbəb müəllim Xəlil Sərxan Özün ölümündən sonra Yalova valisi Səlim Cebiroğlu barəsində təhqiredici ifadələr səsləndirməsi olub. Bundan sonra vali Cem Yılmazı məhkəməyə verib və 2 il həbsini tələb edib.
Qeyd edək ki, vali Cebiroğlu ötən il sentyabr ayında məktəblərdən birinə ziyarəti zamanı müəllim Xəlil Sərxanla rastlaşmışdı. O, müəllimin geyimini bəyənməyərək sinifdən qovmuşdu.
AzNews.az