Əməkdar artist, tanınmış muğam ifaçısı Elnarə Abdullayevanın polis bölməsinə çağırılması ilə bağlı məlumat yayılıb. Bildirilir ki, müğənni yanvarın 26-da Abşeron Rayon Polis İdarəsinə çağırılaraq izahatı alınıb. Əməkdar artist, tanınmış muğam ifaçısı Elnarə Abdullayevanın polis bölməsinə çağırılması ilə bağlı məlumat yayılıb. Bildirilir ki, müğənni yanvarın 26-da Abşeron Rayon Polis İdarəsinə çağırılaraq izahatı alınıb.

Elnarə Abdullayeva polis bölməsinə çağırılıb? - Açıqlama

Əməkdar artist, tanınmış muğam ifaçısı Elnarə Abdullayevanın polis bölməsinə çağırılması ilə bağlı məlumat yayılıb. Bildirilir ki, müğənni yanvarın 26-da Abşeron Rayon Polis İdarəsinə çağırılaraq izahatı alınıb.


Məlumata görə, sənətkarın polisə çağırılmasına səbəb vokal ifaçısı Ülvi Qılıcın onunla bağlı şikayət etməsidir.

Elnarə Abdullayeva AzNews.az-a açıqlamasında haqqında yayılan məlumatlara aydınlıq gətirib.

"Yalandır. Kim mənim barəmdə bir məlumat yazsa onun özünü polisə verəcəyəm. Gedək meşədə yaşayaq? Xanəndəyə oxumaqdan, sənətdən sual verərlər. Axmaq-axmaq insanların bu hərəkətlərindən bezmişəm. Deyirsiniz yəni çıxaq gedək ölkədən?"

Vokal ifaçısı Ülvi Qılıcın hüquq-mühafizə orqanlarına şikayət etməsinin doğru olub olmadığı ilə bağlı suala isə müğənni "Ülvi Qılınc kimdir ki?!" deyə cavab verib.

Qeyd edək ki, E.Abdullayevanın Abşeron Rayon Polis İdarəsinə çağırılması ilə bağlı məlumatı ölkə.az saytı yayıb.

Bahar RÜSTƏMLİ
AzNews.az