"Müğənnilərə qarşı sərt tədbirlər görüləcək" - VİDEO

Şou-biznes nümayəndələri vergidən yayınmaq üçün bir sıra üsullara əl atırlar.


AzNews.az xəbər verir ki, Vergilər Nazirliyi həmin üsulların nədən ibarət olduğunu və bunu edənlərə qarşı cəzaların nədən ibarət olduğunu "Xəzər Xəbər" üçün açıqlayıb.

Vergidən yayınan şou-biznes nümayəndələrinə qarşı sərt tədbirlər görüləcək.

Şou-biznes nümayəndələri VÖEN almadan, alanların bir qismi isə gəlirlərini olduğundan dəfələrlə aşağı göstərərək vergidən yayınır. Bu iddia ilə çıxış edən Bakı Şəhər Vergilər Departamentini idarə rəisi Ağami Tahirov şou-biznes nümayəndələrinin əl atdığı vergidən yayınmaq üsullarından danışıb.

Şou-biznes nümayəndələrinin ən geniş yayılan vergidən yayınmaq üsulu fəaliyyətlərini sənədlərdə düzgün qeyd etməməkdir.

Şou-biznes nümayəndələrinin Azərbaycandan kənardakı şənliklərdə qazandıqları pullar, eləcə də onların disk və kasetlərinin satışından əldə edilən vəsaitlərin gizlədilməsi də vergidən yayınma hesab edilir. Departamentin idarə rəisini sözlərinə görə, Vergilər Nazirliyi şou-biznes nüaməyəndələri ilə kifayət qədər maarifləndirmə işləri aparıb. Bundan sonra onlar vergidən yayınmağa davam etsələr bir sıra cəzaların tətbiqi qaçılmaz olacaq.

Vergidən yayınan şou-biznes nümayəndələrinin əmlakları və şəxsi istehlakları üçün istifadə etdikləri pulların miqdarını bildirən sənədlər də tələb oluna, bunların əsasında vergilər tətbiq oluna bilər. Bir sözlə Vergilər Nazirliyi şou-biznes nümayəndələrinə vergidən yayınmağa görə heç bir güzəşt tanımayacaq.