Millət vəkili səfirlərlə görüşdü

Noyabrın 29-30-da Qazaxıstanın paytaxtı Astanada "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının Üzvlər Şurasının iclası keçiriləcək.

Toplantının keçirilməsi ilə bağlı məsələlər Qazaxıstanın ölkəmizdəki səfiri ilə "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının sədri, millət vəkili Fuad Muradovun görüşündə müzakirə edilib.

İttifaqın mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Qazaxıstanın bu Şurada iştirakı barədə məsələlər də müzakirə mövzusu olub.

Daha bir görüş isə Cənubi Koreya səfiri ilə baş tutub. Görüşdə adıçəkilən ölkənin ittifaqa üzvlüyü haqda müzakirələr aparılıb.

Elnarə Əlosmanqızı
AzNews.az