“Elşad Abdullayevi müdafiə edəcəyəm”

"Elşad Abdullayevi nə vaxt həbs etsələr, dərhal onu müdafiə edəcəyəm". Bunu AzNews.az-a açıqlamasında Sülh və Demokratiya İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Leyla Yunus bildirib.

Hüquq müdafiəçisi hələlik E.Abdullayevin ona bu barədə müraciət etmədiyini söyləyib.

Gülər Əhmədovanın vəziyyəti ilə bağlı məsələyə də toxunan L.Yunus deyib: "Biz Azərbaycan vətəndaşlarının insan hüquqları pozulduqda, onların müdafiəsilə məşğul oluruq. Əgər Gülər Əhmədovaya qarşı da işgəncə olarsa, onu da müdafiə etməyə hazıram. Amma mən sizə tam əminliklə deyirəm ki, G.Əhmədovanı həbs etməyəcəklər".

Vasif Həsənli
AzNews.az