“Hesab edirəm ki, Araz Əlizadə YAP-ın sözcüsü kimi danışır” “Hesab edirəm ki, Araz Əlizadə YAP-ın sözcüsü kimi danışır”

“Araz Əlizadənin spidometri var?” - QALMAQAL

“Hesab edirəm ki, Araz Əlizadə YAP-ın sözcüsü kimi danışır”



Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) həmsədri Araz Əlizadə İctimai Palatanı sərt tənqid edib. O deyib ki, İP çox zəifdir: "İP-nin ictimaiyyət və xalq arasında nüfuzu yoxdur, xalq bu təşkilata inanmır.

Mən Bibiheybətdə aksiyalar üçün ayrılan yerə də baxmışam, o yer aksiyalar üçün çox yaxşı ərazidir. Artıq həmin yerlərə asfalt da çəkilib. "Azneft" meydanından Bibheybətə avtobuslarla getmək isə təxminən 15-20 dəqiqə vaxt aparır".

A.Əlizadəyə cavab olaraq, İctimai Palata Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal AzNews.az-a bunları deyib: "O, hansı cihazla bunu ölçüb? Necə müəyyən edib? Onun spidometri var? Bilmirəm, bunu nəyə əsasən deyib. Demokratik cəmiyyət yaratmağın yolları var. İctimai Palata da bu istiqamətdə işlər aparır.

İnsanlara sərbəst toplaşmaq azadlığı verilməlidir. Bunun parametrləri ayrı-ayrı konvensiyalarda, Avropa İnsan Haqları Xartiyasında göstərilib. Hakimiyyətin borcudur ki, narazı tərəflərə sözünü demək üçün imkan yaratsın.

Sərbəst toplaşmaq məhdudlaşdırıldığından gözdən uzaq yer verirlər. Araz Əlizadə o yeri normal hesab edirsə, öz partiyasını aparsın. Bu, absurd fikirlərdir. Hesab edirəm ki, A.Əlizadə YAP-ın sözcüsü kimi danışır".

İlkin Pirəli
AzNews.az