“İlham Əliyev imkan verməz ki…” – Əli Həsənov

“İqtisadi problemlər mediaya da öz təsirini göstərib”.


AzNews.az xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezidentin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması və Novruz bayramı münasibətilə KİVDF-nin keçirdiyi tədbirdə çıxışı zamanı səsləndirib.

O, hökumətin Kütləvi İnformasiya Vasitələrinin çətinliklərlə üzləşməsinə imkan verməyəcəyini dilə gətirib: "Dünya, həmçinin ölkəmiz iqtisadi problemlərlə üzləşib. Bu, bir çox sahələr kimi mediaya da öz təsirini göstərib. Azərbaycan dövləti, Azərbaycan hökuməti, Azərbaycan iqtidarı və şəxsən prezident İlham Əliyev həmişə mətbuatın yanında olub. Şəxsən prezident İlham Əliyev imkan verməz ki, cəmiyyətimiz və mediamız problemlərlə üz-üzə qalsın. Hər şey nəzarətimiz altındadır ".