Prezident İlham Əliyevlə Con Kerri görüşdən sonra açıqlama veriblər. Prezident İlham Əliyevlə Con Kerri görüşdən sonra açıqlama veriblər.

Əliyevlə Kerri Qarabağı müzakirə etdilər - Foto, Video (Yenilənib 2)

Prezident İlham Əliyevlə Con Kerri görüşdən sonra açıqlama veriblər.


AzNews.az-ın ans press-ə istinadən məlumatına görə, Kerri prezident İlham Əliyevi ABŞ-a səfər etdiyinə görə çox şad olduğunu deyib.

O bildirib ki, İlham Əliyevlə görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli barədə də müzakirələr aparıb. Dövlət katibi deyib ki, ABŞ münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır.

Kerri həmçinin qeyd edib ki, regionda Azərbaycanın iqtisadi imkanları çox genişdir və Vaşinqton Bakı ilə əməkdaşlıqda maraqlıdır.

Preizdent İlham Əliyev isə Nüvə Təhlükəsizliyi sammitinə dəvət edildiyinə görə ABŞ prezidenti Barak Obamaya təşəkkür edib.

Prezident deyib ki, ABŞ-Azərbaycan münasibətləri uzun zamandır – 25 ildir ki, davam edir və münasibətlər səmimi şəkildə inkişaf edir. Dövlət başçısı bildirib ki, iki ölkə arasındakı münasibətlər strateji əhəmiyyət daşıyır.

***
22:43

Vaşinqtonda Azərbaycan prezidenti ilə ABŞ dövlət katibi Con Kerri arasında görüş başlayıb.

AzNews.az-ın məlumatına görə, görüşdə müzakirə edilən məsələlər barədə hələlik açıqlama verilmir.

***
20:52

Bu gün Azərbaycan prezidenti İlham Əliyev ABŞ-a səfərə gedib.

AzNews.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak edəcək.