“Bugün Azərbaycanda 31 Mart Soyqırımının növbəti ildönümü qeyd olunacaq. 31 mart günü son yüz ildə Azərbaycan tarixində baş vermiş faciəvi hadisələrin xalqın yaddaşında həkk olunmasını özündə əks etdirir. Azərbaycanlıların kütləvi şəkildə qırılması, repressiyalara məruz qalmasını XX yüzilliyin dünya tarixinin faciəvi səhifələrindən biridir”. “Bugün Azərbaycanda 31 Mart Soyqırımının növbəti ildönümü qeyd olunacaq. 31 mart günü son yüz ildə Azərbaycan tarixində baş vermiş faciəvi hadisələrin xalqın yaddaşında həkk olunmasını özündə əks etdirir. Azərbaycanlıların kütləvi şəkildə qırılması, repressiyalara məruz qalmasını XX yüzilliyin dünya tarixinin faciəvi səhifələrindən biridir”.

“31 mart Soyqırımı xalqımızın qan yaddaşıdır” – Rufiz Qonaqov

“Bugün Azərbaycanda 31 Mart Soyqırımının növbəti ildönümü qeyd olunacaq. 31 mart günü son yüz ildə Azərbaycan tarixində baş vermiş faciəvi hadisələrin xalqın yaddaşında həkk olunmasını özündə əks etdirir. Azərbaycanlıların kütləvi şəkildə qırılması, repressiyalara məruz qalmasını XX yüzilliyin dünya tarixinin faciəvi səhifələrindən biridir”.


AzNews.az xəbər verir ki, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqov bu fikirdədir. Onun sözlərinə görə, 31 mart azərbaycanlıların soyqırımının ən bariz nümunəsidir: "Bolşevik və daşnak qüvvələri kütləvi şəkildə Bakıda və Azərbaycanın digər bölgələrində müsəlmanları məhv edirdilər. Onlar azərbaycanlıların kökünü kəsməyi qarşılarına məqsəd qoymuşdular. Tarixi sənədlər sübut edir ki, məhvetmə çox qəddarlıqla həyata keçirilib. Çar Rusiyası istəyirdi ki, Azərbaycanı erməniləşdirsin və onların əli ilə Türkiyə, İrana qarşı müharibə aparsın. Birinci Dünya Müharibəsinə qədər Azərbaycanda ermənilərin sayı bir milyon nəfərə çatdırıldı. Ermənilər müxtəlif yerlərdən Azərbaycana köçürülürdü. Onlara Azərbaycanın ən yaxşı yerlərində ev verilib. Bakının mərkəzində qısa müddətdə çoxsaylı ermənilər yerləşdirilib. Bunun nəticəsi olaraq 1905-1907-ci illərdə Bakıda müsəlmanlar qətlə yetirilib. 1918-ci ildə isə ermənilər daha genişmiqyaslı qırğın həyata keçirdilər. Bu soyqırımlar Cənubi Azərbaycanı, Şərqi Anadolunu, Borçalını, İrəvan Quberniyası və indiki Azərbaycan Respublikasının ərazisini əhatə edirdi. İrəvan Quberniyasında 1918-ci ilin martına qədər 199 azərbaycanlı kəndi tamamilə yerlə-yeksan edildi. Bakı Sovetinin rəhbəri Stepan Şaumyanın rəhbərliyi altında aparılan soyqırımı siyasəti nəticəsində on minlərlə azərbaycanlı qətlə yetirilib. Lənkəranda, Hacıqabulda, Kürdəmirdə, Şamaxıda, Qubada müsəlmanlar amansızlıqla öldürülüb. İnsanları məscidlərə doldurub yandırıblar, ağlagəlməz işgəncələr veriblər".

R.Qonaqov bildirir ki, sovet dönəmində 31 Mart soyqırımı araşdırılmayıb: "Ümummilli lider Heydər Əliyevin müvafiq sərəncamından sonra 31 Mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Tarixi faciənin araşdırılması üçün xeyli işlər görülüb, elmi araşdırmalar aparılıb. Müsbət haldır ki, orta məktəblərdə, ali təhsil ocaqlarının tarix fakültələrində, digər elmi birliklərdə 31 Mart Soyqırımı ilə bağlı bir çox tədbirlər həyata keçirilir. Amma bununla kifayətlənmək olmaz. Biz 31 Mart Soyqırımını bütün dünyada tanıtmalıyıq. Bununla bağlı kampaniyanı gücləndirmək lazımdır".

R.Qonaqov düşünür ki, erməni işğalçıları öz məkrli siyasətlərini sonradan da davam etdirib, Qarabağı işğal etdi, yüz minlərlə soydaşımızı yurd-yuvalarından didərgin saldılar: "31 Mart xalqımızın qan yaddaşıdır, onu unutmaq, yaddan çıxarmaq olmaz!"