ABŞ Hörmüz boğazı döyüşünü İranla müharibənin sonu adlandırıb

ABŞ və İsrail Hörmüz boğazı üzərində hərbi nəzarətin qurulmasını İranla mövcud münaqişənin son mərhələsi hesab edir.

Bu barədə "The Washington Post" (WP) qəzeti Yaxın Şərqdə Amerika qüvvələrinin güclənməsini təhlil edərək məlumat yayıb.

Nəşrin məlumatına görə, kampaniyanın Tehranda rejim dəyişikliyi və ya İranın nüvə proqramının tamamilə ləğvi kimi ilkin, iddialı məqsədləri hazırda mümkün deyil. Buna görə də, gəmiçilik və enerji marşrutlarının təhlükəsizliyinin təmin edilməsi prioritet məsələyə çevrilir.

Məqalədə deyilir: "Amerika və İsrail rəsmiləri getdikcə Hörmüz boğazı və əsas enerji obyektləri üzərində nəzarət uğrunda mübarizəni müharibənin son mərhələsi kimi görməyə meyllidirlər". Məqalənin

müəllifləri hesab edirlər ki, strategiyadakı bu dəyişiklik Vaşinqtona maksimalist siyasi məqsədlərə çatmadan əməliyyatı uğurlu elan etməyə imkan verəcək. İddia edilir ki, boğaza nəzarəti ələ keçirməklə ABŞ prezidenti Donald Tramp qələbə şüarı altında müharibənin tədricən soyumasına başlaya biləcək.

Məqalədə vurğulandığı kimi, bu, ona qlobal enerji böhranının eskalasiyasını cilovlamağa və gələcək hücumlar halında İranı mühüm bir çəkindirici vasitədən məhrum etməyə imkan verəcək.

Mövsüm,

AzNews.az