- Rusiya və İran
- 20:21
- 858
Məhəmməd Baqir Qalibaf: "ABŞ ilə heç bir danışıq aparılmayıb"
"ABŞ ilə heç bir danışıq aparılmayıb; saxta xəbərlərdən maliyyə və neft bazarlarını manipulyasiya etmək, həmçinin ABŞ və İsrailin düşdüyü bataqlıqdan xilas olmaq üçün istifadə olunur".
Bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf "X" sosial şəbəkəsindəki paylaşımında bildirib.
"İran xalqı təcavüzkarların tam və peşmanedici şəkildə cəzalandırılmasını tələb edir. Bütün İran rəsmiləri bu hədəfə çatana qədər öz ali liderlərinin və xalqın arxasında qətiyyətlə dayanır", — deyə o əlavə edib.
Mövsüm,
AzNews.az