“Münaqişənin həllində iki əsas element...” - Rusiyalı həmsədr

“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar masasında yeni heç bir şey yoxdur".


Bunu ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popov İrəvanda jurnalistlərə bildirib.

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar masasında yeni heç bir şey yoxdur. Həmsədrlərin tərəflərin müzakirəsində olan təklifləri var", — deyə Popov qeyd edib.

O əlavə edib ki, təqdim olunan üç əsas prinsip və altı elementə əsaslanan bir neçə versiya var.

Popov münaqişənin üç nizamlanma prinsipini xatırladıb: güc tətbiq etməmək, xalqların öz müqəddaratını müəyyən etməsi və ərazi bütövlüyü. Altı elementdən danışan həmsədr bildirib ki, "onlardan əsas ikisi ərazilərin qaytarılması və Dağlıq Qarabağın statusunun həlli və ya əksinə, Dağlıq Qarabağın statusunun həlli və ərazilərin qaytarılmasıdır. Bunlar ikisi birdir".


Report