“ABŞ dövlət katibi Con Kerri Azərbaycan və Ermənistan prezidentləri ilə telefon danışıqları aparıb. Danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələlər müzakirə olunub”. “ABŞ dövlət katibi Con Kerri Azərbaycan və Ermənistan prezidentləri ilə telefon danışıqları aparıb. Danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələlər müzakirə olunub”.

Kerri Əliyev və Sarkisyanla - Qarabağı müzakirə etdi

“ABŞ dövlət katibi Con Kerri Azərbaycan və Ermənistan prezidentləri ilə telefon danışıqları aparıb. Danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair məsələlər müzakirə olunub”.


Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bildirib.

"Danışıqlar zamanı onlar Dağlıq Qarabağ münaqişəsində tərəflərin (Azərbaycan və Ermənistanın) atəşkəsə ciddi riayət etmələrinin və hərtərəfli nizamlanma üzrə danışıqların başlanmasının vacibliyini müzakirə ediblər", - deyə Kirbi brifinq zamanı bildirib.

Con Kerri həmçinin Azərbaycan və Ermənistan prezidentləri ilə ikitərəfli münasibətlərlə bağlı məsələləri müzakirə edib.


APA