Aprelin əvvəlində Azərbaycan-Ermənistan təmas xəttində baş vermiş dördgünlük müharibədən sonra dünən gecə cəbhədə yenidən gərginlik yaranıb. Ermənilərin Tərtər istiqamətində kəndləri atəşə tutması nəticəsində 20-dən çox evə ziyan dəyib. Aprelin əvvəlində Azərbaycan-Ermənistan təmas xəttində baş vermiş dördgünlük müharibədən sonra dünən gecə cəbhədə yenidən gərginlik yaranıb. Ermənilərin Tərtər istiqamətində kəndləri atəşə tutması nəticəsində 20-dən çox evə ziyan dəyib.

Ermənilərin qisas planı - “Yeni ərazilər ələ keçirə bilərik”

Aprelin əvvəlində Azərbaycan-Ermənistan təmas xəttində baş vermiş dördgünlük müharibədən sonra dünən gecə cəbhədə yenidən gərginlik yaranıb. Ermənilərin Tərtər istiqamətində kəndləri atəşə tutması nəticəsində 20-dən çox evə ziyan dəyib.


AzNews.az-ın məlumatına görə, politoloqlar qarşı tərəfin bu addımının aprelin əvvəlində uğradıqları məğlubiyyətin qisası kimi qiymətləndirirlər.

Politoloq Hikmət Hacızadə AzNews.az-a açıqlamasında bildirib ki, ermənilər itirilmiş mövqeləri geri almaq istəyirlər.

Politoloq Elxan Şahinoğlu da həmkarı ilə eyni fikirdədir: "Cəbhə bölgəsində vəziyyətin yenidən gərginləşməsinin iki səbəbi var.

Birinci səbəbi odur ki, 2-6 aprel döyüşlərindən sonra beynəlxalq aləm danışıqları intensivləşdirməyib, rusiyalı rəsmilər isə şablon ifadə və səfərlərdən uzağa getməyiblər. Belə olan halda kimsə cəbhə bölgəsində sakitlik gözləməsin.

İkinci səbəb isə odur ki, Ermənistan prezidenti Serj Sarkisyan itirdiyi yüksəklikləri geri qaytarmaq haqqında düşünür, çünki o hələ cəmiyyətinə "Ermənistan həmin yüksəklikləri niyə itirdi" sualına cavab verməyib. Ona görə də bu sual aktuallaşmamış cəbhədə nəsə uğur qazanmaq haqqında alışıb-yanır. Əslində hər iki səbəb bizim xeyrimizə işləyir. İşğalçının təxribatlarına yeni ərazilərin ələ keçirilməsi ilə cavab vermək imkanı qazanırıq".

Bahar RÜSTƏMLİ
AzNews.az