"Biz seçkilərdə iştirak edə də, etməyə də bilərik” "Biz seçkilərdə iştirak edə də, etməyə də bilərik”

Millət vəkili müxalifəti vahid namizəd tapmağa səslədi

"Biz seçkilərdə iştirak edə də, etməyə də bilərik”



"Əgər müxalifət prezident seçkilərinə vahid namizədlə gedə bilsə, bu arzu olunan olacaq". Bunu AzNews.az-a açıqlamasında Ədalət Partiyasının sədri, millət vəkili İlyas İsmayılov bildirib. Onun sözlərinə görə, müxalifətin seçkilərə vahid namizədlə gedib-getməyəcəyini indidən dəqiq demək çətindir.

Sədri olduğu partiyanın 2013-cü ildə keçiriləcək prezident seçkilərində iştirakı ilə bağlı məsələyə də toxunan İ.İsmayılov deyib: "Ədalət Partiyasının gələn il prezident seçkilərində iştirak edəcəyi hələ bəlli deyil. Biz seçkilərdə iştirak edə də, etməyə də bilərik".

Vasif Həsənli
AzNews.az