Qardaşı Ziya Məmmədovun müdafiəsinə qalxdı

“Bu məsələdə Ziya Məmmədovun adının xüsusi hallanması düzgün deyil”



Bu gün "Yeni Müsavat" qəzetində "Rus Konseyi" Ziya Məmmədovu seçim qarşısında qoyub" başlıqlı yazı dərc edilib.

Yazıda bildirilir ki, Telman İsmayılov və Abbas Abbasovla yaxın münasibətləri olan nəqliyyat naziri "iki od arasında" qalıb: "Ziya Məmmədova deyilib ki, həmin şəxslərlə əlaqələrinə son versin. Nazir ÜATİ ilə hakimiyyətin münasibətlərinin son dərəcə gərginləşdiyinin fərqindədir. Buna görə Z.Məmmədov moskvalı dostları ilə əlaqələri məhdudlaşdırıb. Hətta oğlu Anar Məmmədova da xarici səfərlərində "Moskvaya düşməməyi" tapşırıb".

Nazirin qardaşı, millət vəkili Elton Məmmədov AzNews.az-a açıqlamasında "Yeni Müsavat"ın yazdıqlarını "iftira" adlandırıb: "Həmin İttifaqda təmsil olunanları hamımız tanıyırıq. Amma bu məsələdə Ziya Məmmədovun adının xüsusi hallanması düzgün deyil. Çünki onun həmin ittifaqla heç bir əlaqəsi yoxdur. O, Azərbaycan hakimiyyətini təmsil edir və ona sadiq insanlardandır. Onun barəsində deyilənlər isə iftiradır, böhtandır".

İlkin
AzNews.az