Aydın Mirzəzadə: “Bu, xaricdə müəyyən qüvvələrin marağına xidmət edir” Aydın Mirzəzadə: “Bu, xaricdə müəyyən qüvvələrin marağına xidmət edir”

YAP təkzib edir

Aydın Mirzəzadə: “Bu, xaricdə müəyyən qüvvələrin marağına xidmət edir”


ABŞ-ın "Wall Street Journal" qəzetinin yazdığına görə, Azərbaycan Dövlət Neft Fondu Avstraliyanın dövlət istiqrazlarını almağı planlaşdırır. Məlumatda bildirilir ki, artıq satınalmalarla bağlı Avstraliya dollarının dəyərində 3.4 faizlik artım müşahidə edilib. Avstraliya mərkəzi bankı isə bu cür satınalmaları inflyasiyanın artması kimi xarakterizə edir.

Qeyd edək ki, bir müddət əvvəl belə bir məlumat Rusiya və Macarıstan mətbuatında yer almışdı. Amma hər dəfə belə məlumatlar ortaya çıxanda adıçəkilən qurumdan təkzib cavabları dəlir. Hətta iqtisadçılar, siyasətçilər də Prezidentin Neft Fondu barədə Sərəncamında bununla bağlı hansısa məqamım əksini tapmadığını bildirirlər. YAP Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə də AzNews.az-a deyilənlərin həqiqəti əks etdirmədiyini deyib.
Onun sözlərinə görə, bununla bağlı mütəmadi olaraq xarici ölkələrin məlumatında yazılanlar öz təsdiqini tapmır: "Mütəmadi olaraq xarici ölkələrin mətbuatında guya, Azərbaycanın Neft Fondunun vəsaitləri hesabına hansısa ölkələrdə daşınmaz əmlak əldə etməsi barədə informasiya yayılır. Bir qayda olaraq da həmin informasiyalar öz təsdiqini tapmır. Neft Fondunun rəsmləri də belə bir variantın müzakirə olunmadığını və qurumun buna maraq göstərmədiyini bildiriblər. bilirsiniz ki, Fondun vəsaitləri xarici ölkə banklarında, bir neçə valyuta mərkəzində etibarlı şəkildə qorunur".

Bu məlumatların təsadüfi yayılmadığını deyən A.Mirzəzadə bildirib ki, Neft Fondunun ildən-ilə artan vəsaitinin həcmi bu informasiyaların yayılmasına əsas yaradır: "Hazırda Neft Fondunun vəsaiti səhv etmirəmsə 40 milyard dollara qədərdir. Mənə elə gəlir ki, bu xaricdə müəyyən qüvvələrin marağına səbəb olur və onlar bu vəsaitin məhz özlərinin maraq dairələrində olan obyektlərin əldə olunmasına sərfinə maraq göstərirlər. Ona görə də xarici mətbuatda vaxtaşırı müəyyən yazılar dərc etdirməyə çalışırlar. Həmin yazılar isə Azərbaycan mətbuatında təhlil edilmədən yayılır. Bununla da Azərbaycan ictimaiyyətində çaşqınlıq yaradılır. Əslində bununla da həmin dairələr öz maraqlarına çatırlar. Azərbaycan ictimaiyyətində Neft Fondu vəsaitinin xaricdə sərfi ilə bağlı yanlış bir təəssürat formalaşdırılır. Əgər Əsasnamədə yoxdursa, deməli, belə bir hala maraq da yoxdur. Fondun rəsmilərinin açıqlamalarına əsasən də bunu deyə bilərik".

Gültəkin Qəhrəmanlı
AzNews.az