“İndiki halda parlamentdə təmsil olunmayan partiyaların hakimiyyətdən post istəməsi doğru deyil” “İndiki halda parlamentdə təmsil olunmayan partiyaların hakimiyyətdən post istəməsi doğru deyil”

Müxalifət rəhbər strukturlarda niyə təmsil olunmur?

“İndiki halda parlamentdə təmsil olunmayan partiyaların hakimiyyətdən post istəməsi doğru deyil”



"Bəzi ölkələrdə seçkilər proporsional qaydada keçirilir. Parlamentdə yer alan partiyanın üzvləri ola bilsin ki, hakimiyyətdə təmsil olunsunlar. Bəzən seçkilərdə səslərin əksəriyyətini toplayan partiya hakimiyyəti öz təşkilatlarına uyğun qurur".

Bunu AzNews.az-a açıqlamasında Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev deyib. O bildirib ki, Azərbaycanda proporsional sistem mövcud deyil: "Seçkilər mojaritar sistem əsasında keçirilir. Hesab edirəm ki, ölkədə həm proporsional, həm də mojaritar sistem tətbiq edilməlidir. Və partiyalar gücünə uyğun hakimiyyətdə təmsil olunmalıdırlar. İndiki halda isə parlamentdə təmsil olunmayan partiyaların hakimiyyətdə post istəməsi doğru deyil".

Millət vəkili qeyd edib ki, Parlamentdə təmsil olunan partiyaların qanunverici orqanın rəhbərliyi səviyyəsində təmsil olunması vacibdir: "Bu məqamın üzərində düşünmək olar".

İlkin
AzNews.az