“Nigar Yaqublu siyasi məhbusdur” “Nigar Yaqublu siyasi məhbusdur”

Tofiq Yaqublu da Nigar Yaqublunu siyasi məhbus hesab edir

“Nigar Yaqublu siyasi məhbusdur”



"Nigar xanımla bağlı dəqiqliklə qərar çıxarıla bilərdi. Amma belə qənaətə gəlmək olar ki, məhkəmə Nigara qarşı qərəzli addımlar atır. Bu, məhkəmələrin gedişində aydın təsdiqini tapdı". Bunu AzNews.az-a açıqlamasında Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu deyib. O bildirib ki, məhkəmənin Nigar Yaqublu haqqında hansı nəticə çıxaracağını əvvəlcədən demək olmaz: "Hər cür variant ola bilər. Çünki Nigar xanımın həbs qərarı məhkəmədə deyil, başqa yerdə çıxarılıb. Sadəcə, məhkəmə bu qərarı elan edib. Düşünürəm ki, bundan sonrası da elə olacaq. Təəssüflər olsun ki, həmin qərarın necə olacağını deyə bilmirik".

T.Yaqublu qeyd edib ki, hər bir şəxsə siyasi məhbus adı məhkəmənin hökmündən sonra verilə bilər: "Nigar Yaqublunun da məhkəməsi də hələ bitməyib. Sadəcə olaraq, indiyədək baş verənlər göstərir ki, Nigar xanım siyasi məhbusdur. Ona görə də məhkəmənin qərarından sonra onun siyasi məhbus olacağına zərrə qədər şübhəm yoxdur. Məhkəmənin ədalətli qərar çıxaracağına inanmıram. İstintaq işində bir fakt var: Həqiqətən qəza olub, sükanı Nigar Yaqublu idarə edib və qəzada Aydın Acalov həyatını itirib. Qalan hər şey saxtadır".

Xatırladaq ki, N.Yaqublu barəsində sentyabrın 11-də Abşeron Rayon Məhkəməsinin qərarı ilə 2 aylıq həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 283.2-ci maddəsi ilə ittiham olunur.

İlkin
AzNews.az