- Köhnə - Siyasət
- 10 Dekabr 2012 21:10
- 3 592
Talış Birliyinin Gənclər Təşkilatı yarandı

AzNews.az-a ADNDTB-nin sədri Mehdibəy Səfərovun verdiyi məlumata görə, birliyin Gənclər Təşkilatının yaranması barədə qərar qəbul edilib. Təşkilatın Məramnamə-Bəyanatı Birliyin Məramnaməsinə uyğun olaraq hazırlanacaq.
Məramnamə-Bəyanatın hazırlanması üçün Işçi Qrupu yaradılıb. On gün ərzində Gənclər Təşkilatının Məramnamə-Bəyanatı müzakirə olunacaq və təşkilati məsələyə baxilacaq.
Gənclər Təşkilatının iclasında Azərbaycan Dövlətçiliyi Naminə Demokratik Talış Birliyinin sədri kimi Mehdibəy Səfərov və təsisçisi kimi Eldəniz Quliyev iştirak ediblər.
AzNews.az