XİN-dən Həsən Ruhaninin Ermənistan səfərinə - Münasibət

“İran müstəqil dövlətdir və bu səfər İran hökumətinin öz qərarıdır”.


Bunu İran prezidenti Həsən Ruhaninin Ermənistana səfəri ilə əlaqədar APA-nın sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

O bildirib ki, Azərbaycan-İran münasibətlərinin təməl prinsiplərindən biri də ölkələrin bir-birinin daxili işlərinə qarışmamasıdır: "Amma nəzərə almaq lazımdır ki, Ermənistan regionda destruktiv siyasət yürüdən, qonşu dövlətlərə ərazi iddiaları irəli sürən, Azərbaycana qarşı təcavüz və işğal törətmiş dövlətdir. Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində törətdiyi qanlı etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı hələ də qaçqın və məcburi köçkün vəziyyətində yaşamaq məcburiyyətindədir. Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan xalqına məxsus maddi-mədəniyyət abidələrini, o cümlədən İslam dininə aid ibadət ocaqlarını, məscidləri talan və məhv etmiş, təhqir obyektinə çevirmiş ölkədir".

AzNews.az