Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Lənkəran şəhərində yerləşən ata evində baş verən yanğın hadisəsilə bağlı açıqlama verib. Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Lənkəran şəhərində yerləşən ata evində baş verən yanğın hadisəsilə bağlı açıqlama verib.

Hadı Rəcəbli evinin yanmasından danışdı

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Lənkəran şəhərində yerləşən ata evində baş verən yanğın hadisəsilə bağlı açıqlama verib.

Komitə sədri AzNews.az-a açıqlamasında deyib ki, yanğın evin kiçik bir hissəsində baş verib və dərhal yanğınsöndürənlər tərəfindən yanğının qarşısı alınıb: "Həmin evdə uzun müddətdir ki, köməyə ehtiyacı olan bir ailə yaşayırdı. Hadisə zamanı evin çox kiçik bir hissəsi, hardasa 1 kv metr sahəsi yanıb.

Dərhal yanğınsöndürənlər əraziyə cəlb olunaraq yanğının qarşısını alıblar. Heç bir problem yoxdur. Yanğın yəqin ki, səhlənkarlıq ucbatından baş verib".

Fuad Əlişov
AzNews.az