Nazirlər Polşaya gedir



Azərbaycan nümayəndə heyəti yanvarın 30-dan fevral fevralın 3-dək Polşaya geniş tərkibli səfər edəcək. AzNews.az-ın məlumatına görə, səfər Polşa tərəfdən AvroNest PA-nın vitse-prezidenti Jaçek Sayruş-Volski və Azərbaycan tərəfdən AvroNest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov arasında əldə edilmiş razılıq əsasında baş tutacaqdır.

Səfərlə bağlı E.Süleymanov deyib ki, burada əsas məqsəd Polşa və Azərbaycan arasında təhsil sahəsində əməkdaşlıq, müəllim və tələbə mübadiləsinin həyata keçirilməsi üçün həlli vacib məsələləri müzakirə etməkdir.

Qeyd edək ki, Polşaya səfər edəcək nümayəndə heyətinə Azərbaycan Respublikasının Təhsil Naziri Misir Mərdanov, Sənaye və Energetika Naziri Natiq Əliyev, Millət vəkilləri, Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov, Azərbaycan Dillər Universitetinin rektoru, professor Səməd Seyidov, Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova, Şamaxı rayonunun icra başçısı Asif Məmmədov, o cümlədən ölkəmizin AvroNest PA-da nümayəndə heyətinin üzvləri olan millət vəkilləri Qüdrət Həsənquliyev, Fazil Mustafa, Fərəc Quliyev və Ceyhun Osmanlı daxildir.

İlkin
AzNews.az