Sabiq nazir Gəncənin icra başçısından nə xahiş etdi?

İlyas İsmayılov Elmar Vəliyevdən sədri olduğu partiyanın üzvləri ilə görüş üçün yer istədi




Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılov Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə məktub göndərib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə məktubda deyilir:

"Hörmətli Elmar müəllim! "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində siyasi partiyaların proqram və məqsədlərini təbliğ etmək üçün üzv və tərəfdarları ilə görüş keçirmək hüququ təsbit edilmişdir. Siyasi partiyalara verilmiş bu hüquqdan istifadə edərək 30 mart 2013-cü ildə saat 12.00-da Gəncə şəhərində Ədalət Partiyasının üzv və tərəfdarları ilə görüş keçirmək niyyətindəyəm. Qanunun 13-cü maddəsində müvafiq dövlət qurumlarının üzərinə bu cür tədbirləin təşkili və siyasi partiya rəhbərlərinin təhlükəsizliyinin təmin edilməsi barədə məsuliyyət qoyulmuşdur. Ona görə də göstərilən tarixdə Ədalət Partiyasının üzv və tərəfdarları ilə görüşün keçirilməsi üçün müvafiq yer (iclas zalı) ayırmağınızı xahiş edirəm".

AZNews.az