AXCP Binəqədi rayon şöbəsinin fəalı Paşa Dadaşovun polis bölməsinə aparılıb AXCP Binəqədi rayon şöbəsinin fəalı Paşa Dadaşovun polis bölməsinə aparılıb

Vərəqə yayan AXCP üzvü həbs olundu

AXCP Binəqədi rayon şöbəsinin fəalı Paşa Dadaşovun polis bölməsinə aparılıb




P.Dadaşov metronun "Memar Əcəmi" stansiyası yaxınlığında "Azərbaycan saatı" proqramının təbliğatı məqsədilə onun yayımlandığı Medya TV-nin tezlik göstəriciləri yazılmış vərəqə paylayırmış.

Bu zaman ərazidəki polislər onu saxlayaraq Nəsimi Rayon 19-cu polis bölməsinə aparıblar. Dünən Nəsimi Rayon Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə AXCP fəalına 7 sutka həbs cəzası verilib. Hazırda P.Dadaşov Binəqədidəki müvəqqəti saxlama təcridxanasında saxlanılır.

AzNews.az