“İsmayıllıda nümayiş-zad yoxdur” “İsmayıllıda nümayiş-zad yoxdur”

Millət vəkili İsmayıllıda sakitlik olduğunu deyir

“İsmayıllıda nümayiş-zad yoxdur”



"Mən millət vəkiliyəm. Tam məsuliyyətimlə deyirəm. Burada hazırda sakitlikdir. Heç bir nümayiş-zad yoxdur". Bunu AzNews.az-a İsmayıllının millət vəkili Novruz Aslan dedi.

Millət vəkilinin sözlərinə görə, İsmayıllıda vəziyyət tam qaydasına düşüb: "İsmayıllıda yas mərasimi vardı. Təxminən yarım saat bundan əvvəl icra başçısı ilə ora getdik. Qayıdandan sonra 30 nəfərdən yuxarı seçiciləri qəbul etdim. İnsanları dinlədim. Vəziyyət də normasına düşüb. Heç bir toplantı yoxdur".

Bahar Rüstəmli
AzNews.az