İsa Qəmbərin müavini İsmayıllıda saxlanmasından danışdı İsa Qəmbərin müavini İsmayıllıda saxlanmasından danışdı

“İsmayıllıya niyə gəlmisən, təxribat törədəcəksən?“

İsa Qəmbərin müavini İsmayıllıda saxlanmasından danışdı



"Bizə dedilər ki, bura təxribata gəlmisiz". Bunu AzNews.az-a açıqlamasında Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu İsmayıllıda polis tərəfindən saxlanmasından danışarkən deyib.

Başqan müavini deyib ki, 40 dəqiqə polis idarəsində sorğu-sual edilib: "Polis idarəsində Cinayət İstintaq şöbəsinin rəisi Şöhrət Kərimov bizə dedi ki, niyə gəlmisiz? Təxribat edəcəksiz? Mən də dedim ki, bura gəlməkdə məqsədimiz rayondakı vəziyyətlə tanış olmaqdır. Təxminən 40 dəqiqə sorğu-sualdan sonra azad olundum".

T.Yaqublu qeyd edib ki, polis idarəsində ona heç bir təzyiq olunmayıb.

İlkin
AzNews.az