Sabiq nazir: “Bu il köklü dəyişikliklər olacaq”



"2013-cü ildə Azərbaycanda köklü dəyişikliklər olacaq". Bunu AzNews.az-a Ziyalılar Forumunun İdarə heyətinin üzvü Firudin Cəlilov dedi.

F.Cəlilovun fikrincə, istər Azərbaycanda, istərsə də ondan kənarda gedən siyasi proseslər, hadisələrin gedişi və müxtəlif ölkələrdə baş verən inqilabi dəyişikliklər bunu deməyə əsas verir: "Bizim qələbəmiz üçün bircə şərt var. O da günahlarımızı etiraf edib, xalqı doğru yola aparmaqdır".

Bahar Rüstəmli
AzNews.az