ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Nyu-Yorkda keçirdiyi mətbuat konfransı zamanı CNN-nin müxbirini yalan xəbərləri yaymaqda günahlandırıb. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Nyu-Yorkda keçirdiyi mətbuat konfransı zamanı CNN-nin müxbirini yalan xəbərləri yaymaqda günahlandırıb.

Mətbuat konfransında qalmaqal - Tramp müxbiri ittiham etdi - Video

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Nyu-Yorkda keçirdiyi mətbuat konfransı zamanı CNN-nin müxbirini yalan xəbərləri yaymaqda günahlandırıb.

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp BuzzFeed saytında onu gözdən salan anonim məlumatların yayılmasına görə mətbuatı günahlandırıb.

“Cənab yeni seçilmiş prezident! Siz bizə hücum edirsiniz, bizə sual verə bilərsiz?” - müxbirlərdən biri uca səslə Trampa belə müraciət edib.

“Mən sizə söz verməyəcəm. Çünki siz yalan məlumatlar yayırsız” - deyə Tramp cavab verib.

Tramp müxbirin BuzzFeed saytından olduğunu düşünüb. Lakin, sayt Twitter hesabında sualın CNN-nin müxbiri tərəfindən verildiyini qeyd edib.

Qeyd edək ki, CNN telekanalı adını gizli saxladığı məmurlara istinadən bildirdi ki, ABŞ-ın xüsusi xidmət orqanları Tramp barədə Rusiyada onu etibardan salacaq faktları aşkar ediblər. Rəsmi Kremlsə bu faktları “cəfəngiyat” adlandırıb.