DİN Alov Qüllələrindəki aksiyaya münasibət bildirdi

Bakıdakı "Alov Qüllələri"nin işçilərinin keçirdiyi aksiya ilə bağlı Daxili İşlər Nazirliyi münasibət bildirib.

DİN-nin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Modern.az-a açıqlamasında deyib ki, müəyyən mübahisəni həll etmək üçün fəhlələr yolu bağlayırlarsa, xüsusilə də hərəkətin intensiv olduğu yol bağlanırsa, təbii ki, bunun qarşısı alınır.

"Hər bir işçi tərəfindən ictimai asayiş pozulursa, polis tərəfindən lazımi tədbirlər görülüb qarşısı alınacaq".

Qeyd edək ki, bu dəqiqələrdə "Alov Qülləri"nin işçiləri keyfiyyətsiz yemək təminatı ilə bağlı aksiya keçirib, Parlament prospektini bağlamağa cəhd ediblər.

AzNews.az